Mühasib

  • General Supply
  • Elanın qoyulma tarixi: 11.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Mal-material alışı və satışı sahələrində uçotun aparılması, vergi öhdəliklərinin yerinə yetirilməsi, anbar uçotunun və sənədləşməsinin aparılmasına ciddi nəzarət etmək
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
  • İdxal-ixrac üzrə əməliyyatların düzgün icra edilməsi
  • Mal-materiallara dair idxal/alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək
  • İdxal-ixrac əməliyyatlarının aparılması, yük gömrük bəyannamələrinin işlənməsi;
  • İdxal olunan malların maya dəyərini hesablamaq;
  • Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
  • Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək
  • Gündəlik və aylıq satış hesabatların tərtib edilməsi;
  • Malların hərəkəti üzrə hesabatların hazırlanması 
  • Gündəlik olaraq yeni gələn yük gömrük bəyannaməsini işləmək;
  • Alıcılarla və malsatanlarla qarşılıqlı üzləşmə aktlarının hazırlanması;

Namizədə qarşı tələblər:

  • Ali təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə;
  • Sahə üzrə ən az 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək;
  • Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər;
  • Kompüter bilikləri: Microsoft office əla səviyyədə,1C Mühasibat Proqramını bilmək;  (1C 8.3 versiyası ilə  işləmə)
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;

İş şəraiti:

  • 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 -18:00
  • Tibbi sığorta
  • Əməkhaqqı: 1000 AZN .

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına Mühasib başlığı ilə göndərə bilərlər.