Satış üzrə menecer

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Şəxsi inkişafa meyilli, nəticə üçün işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət qurmaq, peşəkar şəkildə canlı danışıqlar və rəsmi yazışmalar aparmaq bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Korporativ satış sahəsində minimum 2 illik iş təcrübəsi ( Poliqrafiya sahəsində təcrübə üstünlükdür)
  • Azərbaycan dilini səlis, rus dilini bilməsi üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Xidmətin satışına aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
  • Potensial müştərilərlə qiymət təkliflərinin və satış şərtlərinin razılaşdırılması
  • Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
  • Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
  • Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
  • Satışdan sonra müştərilərlə əlaqə saxlayıb onlardan rəylərin alınması və müştəri məmnuniyyətinin yoxlanılması;
  • Müştəri narazıçılıqlarının ətraflı dəqiqləşdirilməsi və ehtiyyac olduğu halda müfaviq şöbələrə yönləndirilməsi;
  • Satışın artırılması üçün mövcud müştərilərlə məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
  • Müştəri narazılıqlarının idarə edilməsi;
  • Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtlərimiz:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə,
  • 6 günlük iş rejimi ,
  • Satışdan bonus.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Satış üzrə menecer” qeyd edərək CV formasını elektron ünvanına göndərə bilərlər.