Satış rəhbəri – Bakı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Effektiv planlama və düzgün qiymət siyasəti ilə Şirkətin satış hədəflərinin müəyyən edilməsi
  • Şirkətin satış strategiyasının hazırlanması
  • Potensial satış bazarının və müştəri auditoriyasının müəyyən edilməsi
  • Satış üzrə təqdimat və təkliflərin hazırlanması 
  • Satış nümayəndələrinin qarşısına düzgün satış hədəflərinin qoyulması
  • Şirkətin məhsul və qiymət planlamasını hazırlamaq;
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsini təmin etmək; 
  • Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək; 
  • Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi;
  • Müştəri bazasının saxlanılması, təhlili və sistemləşdirilməsi üzrə işin təşkili;
  • Şirkətin satış planlarının yerinə yetirilməsi proseslərinin təmin olunması;
  • Şöbə üzrə bonus hesablanma qaydasının təyin edilməsi.
  • Şöbənin işinə nəzarət

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili – səlis;
  • Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi 
  • Distribusiya sahəsində təcrübə üstünlükdür;
  • Komanda qurmaq,işçilərə təsir və onları motivasiya etmək bacarığı
  • Bazar araşdırması metodlarını və analizini yüksək səviyyədə bacarmaq;
  • Yüksək səviyyədə ünsiyyət, təşkilatçılıq və liderlik bacarıqları;
  • Məsuliyyətlilik, analitik və sisitematik düşüncə tərzi.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Satış rəhbəri - Bakı”.

İşəgötürənin reytinqi