Katibə referent (Receptonist)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Ofis mail sorğularının cavablandırılması, müəyyən əməkdaşlara yönləndirilməsi
  • Sənədlərin, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı
  • Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi və icrasına nəzarət
  • Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edilməsini təşkil etmək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
  • Kuryer xidməti ilə əlaqə saxlanılması, işlərin koordinasiya edilməsi və işə aid digər işlər

Namizədə tələblər: 

  • Ali təhsil;
  • Əla səviyyədə azərbaycan dili (rus və ingilis dili bilənlərə üstünlük verilir);
  • Səlis və aydın nitq qabiliyyəti;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı  (Excel yüksək səviyyədə)
  • Minimum 1 il iş təcrübəsi;
  • Çevik qərar vermə, təşkilatçılıq və araşdırma qabiliyyəti;
  • Operativ, məsuliyyətli və işə planlı yanaşan;
  • Detallara qarşı diqqətli;

İş şəraiti:

  • Ünvan: Bakı Ağ Şəhər biznes mərkəzi (8 Noyabr prospekti 25E, Baki 1025)

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Katibə referent” qeyd etməklə electron poçt ünvanına göndərin.

İşəgötürənin reytinqi