Mühasib (logistika sahəsi üzrə)

  • Fortis Group
  • Elanın qoyulma tarixi: 07.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
  • MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı), Unity Logo (arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Təhlil və analiz etmə qabiliyyətli olmalı;
  • Kollektivdə işləmək bacarığı olmalı;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli;
  • Vergi Məcəlləsinin tətbiq edilməsində kifayət qədər təcrübəsi olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin ümumi strateji planı çərçivəsində mühasibat uçotunun icrasının təmin edilməsi;
  • Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
  • Digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanması və təqdim edilməsi;
  • Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə hesabatların hazırlanması və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi, məlumatların operativ təqdim edilməsinə nəzarətin təmin edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin, əsas vəsaitlərin uçotunu aparılmasının və xərclər smetasının hazırlanmasının təmin edilməsi;
  • Müəssisənin debitor və kreditorlar üzrə hesablaşmalarında dəqiqliyin təmin edilməsi;
  • Mal-material, xidmət, zəmanət və avanslarla əlaqədar hesablamaların həyata keçirilməsi və uçotunun aparılması;
  • Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
  • Logo proqram təminatında əsas modullarının funksiya və imkanları üzrə biliklərin olması;
  • Logo proqram təminatı üzrə məlumatların sistemə daxil olunması;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır.
  • Korporativ nömrə ilə təmin edilir.
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Böyük mühasib” yazaraq e-mail ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi