Rəqəmsal Marketinq Meneceri

İşin təsviri

Biz, bizim dinamik və innovativ İT şirkətimizə qoşulacaq Rəqəmsal Marketinq üzrə təcrübəli və istedadlı mütəxəssis axtarırıq. Namizədin vəzifəsi müxtəlif platformalarda reklam kampaniyalarının qurulması və optimizasiyasına yönəlmiş effektiv rəqəmsal marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsi, mobil tətbiqlərin təqdimatı, habelə şəbəkə fəaliyyətlərin yaradılması və idarə edilməsindən ibarət olacaq.

Vəzifələr:

  • Müxtəlif kanal və platformalardan istifadə edərək effektiv rəqəmsal marketinq strategiyalarının hazırlanması və icrası.
  • Hədəf KPI və ROI əldə etmək üçün Google Ads, Meta Ads-də reklam kampaniyalarının qurulması və optimizasiyası.
  • ASO və reklam elanlarının optimizasiyası daxil olmaqla mobil tətbiqlərin təqdimatı və miqyaslaması.
  • Konversiyanın artırılması və müştərilərin saxlanması üçün retargetinq kampaniyalarının planlaşdırılması və qurulması.
  • İstifadəçilərin cəlb olunmalarını artırmaq üçün mobil push-bildirişlərin göndərilməsi.
  • Sosial şəbəkələrin təhlili və nəzarəti, sosial platformalarda reklam kampaniyalarının yaradılması və optimizasiyası.
  • Marketinq kampaniyaları üzrə kompleks  hesabatların tərtibi və təhlili.
  • Marketinq məlumatlarını təhlil etmək üçün Google Tag Manager-də hadisələrin qurulması.
  • Görünüşün və orqanik trafikin optimizasiyası üçün SEO strategiyalarının tətbiqi.
  • Reklam kampaniyalarının effektivliyinin qiymətləndirilməsi, hesabatların hazırlanması və hərtərəfli analitik sistemlərdən istifadə edilməsi.
  • Marketinq strategiyalarını adaptasiyası üçün rəqiblərin fəaliyyətinin monitorinqi və təhlili.
  • Reklam kampaniyalarının yaradılması, qurulması, optimizasiyası və idarə edilməsi.

Tələblər:

  • Oxşar vəzifədə ən azı 3 il iş təcrübəsi. Fintex və e-comm şirkətlərində təcrübəyə üstünlük verilir.
  • Google Ads, Meta Ads-də reklam kampaniyalarının effektiv qurulması və optimizasiyası sahəsində təcrübə, həmçinin kontekstli reklam, hədəf reklam və retargetinq bilikləri.
  • Mobil tətbiqlərin təqdimatı üzrə əvvəlki uğurlu təcrübə və bu seqmentin xüsusiyyətlərinin anlaması.
  • Fərdiləşdirilmiş və inandırıcı reklam kampaniyalarının yaradılması üçün retargetinq ilə bağlı bilik və təcrübə.
  • İstifadəçilərlə effektiv qarşılıqlı əlaqə yaratmaq üçün mobil push-bildirişlərinin qurulması və göndərilməsi üzrə praktiki təcrübə.
  • Sosial şəbəkələrin fəaliyyət prinsiplərinin dərindən anlaması və reklam alətləri və analitikadan istifadə etməklə onların inkişafına monitorinq təcrübəsi.
  • Marketinq kampaniyaları üçün büdcələri tərtib etmək və onlara nəzarət etmək, xərcləri optimallaşdırmaq və nəticələri artırmaq bacarığı.
  • Kompleks hesabatları yaratmaq, məlumatları təhlil etmək və həyata keçirilən fəaliyyətlərin effektivliyini sübut etmək bacarığı.
  • Google Tag Manager-də hadisələri qurmaq bacarığı.
  • SEO və onun marketinq kampaniyalarının nəticələrinə təsirini başa düşmək.
  • Google Analytics, OneSignal, AppMetrica kimi hərtərəfli analitika sistemləri üzrə təcrübə və ROMI, CTR, CPC, CPL, CAC, ROAS kimi marketinq göstəricilərindən istifadə.
  • Marketinq strategiyalarının davamlı inkişafı və adaptasiyası üçün rəqiblərin fəaliyyətinin monitorinqi və təhlili.
  • Əsas marketinq trendlərinin və hədəf auditoriyanın müəyyən edilməsi üçün tədqiqat üzrə təcrübə.
  • Müxtəlif alətlər və platformalardan istifadə edərək reklam kampaniyalarının yaradılması, qurulması, optimizasiyası və idarə edilməsi.
  • Rəqəmsal marketinq sahəsində hədəfləri təqdim etmək və onlara nail olmaq üçün uğurlu keyzlərin mövcudluğu.

Şərtlər:

  • Maraqlı və vacib tapşırıqlar;
  • əstək verməyə hazır olan təcrübəli və maraqlı həmkarlar;
  • İş qrafiki Bazar Ertəsi-Cümə 9:00-dan 18:00-dək;
  • Bakının mərkəzində Ofis;
  • Tibbi sığorta;
  • Müsahibə və ehtimal edilən sınağın nəticələrinə uyğun əmək haqqı.

Namizədlərdən CV-ni 30 Dekabr 2023-cü il tarixindən gec olmayaraq mövzu hissəsində Rəqəmsal Marketinq Meneceri vəzifəsini qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.