Həkim

İşin təsviri

“A-Qroup Sığorta Şirkəti” ASC-yə dar ixtisas mütəxəssis HƏKİMLƏR tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Xəstəxana daxili tibbi ekspertizanın həyata keçirilməsini təmin etmək;
  • Müqavilə bağlanmış Tibb müəssisələrində seçilmiş həkimlərin müayinələrə dair xərclərin statistikasını aparılmaq;
  • Tibb müəssisəsi ilə sığorta olunan arasında yaranmış tibbi xidməti təşkil etmək ilə əlaqəli mübahisəli məsələlərin araşdırılmasını, təhlilini və aradan qaldırılmasını təmin etmək;
  • Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin: diaqnoza uyğun olmayan təyinatların verilməsi, sığorta planına daxil olmayan prosedurların aparılması, eyni zamanda müalicə protokollarından kənara çıxan xidmətlər araşdırılması məqsədi ilə vətəndaşlar və yaxud tibbi personal ilə görüşlər keçirmək;
  • Yenilikçi olmaq, işlərin daha yaxşı aparılması üçün təkliflər vermək;
  • Rəhbərlik tərəfindən verilmiş digər vəzifələri yerinə yetirmək.

Tələblər:

  • Ali tibbi təhsili;
  • Tibbi yardım sahəsində 2 il iş təcrübəsi;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
  • MS Office proqramlarını yaxşı bilmək.

İş barədə məlumat:

  • İş rejimi  - sərbəst, yarım ştat
  • Tibbi sığorta
  • Əmək haqqı: razılaşma yolu ilə