Korporativ Satış üzrə Mütəxəssis

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil (Satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi arzuolunandır);
  • İş təcrübəsi: Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması (Ehtiyat hissələrin və ya avtomobillərin satışı üzrə təcrübə üstünlükdür);
  • Yaş həddi - 27-40;
  • Şəxsi avtomobilin olması üstünlükdür;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dilləri arzuolunandır;
  • MS Office proqramlarını yüksək səviyyədə bilməli;
  • İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı;
  • Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli;
  • Müştəriyönümlü satış etmək bacarığı olmalı;
  • Liderlik keyfiyyətlərinə malik olmalı.

Əsas vəzifə öhdəlikləri:

  • Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Xidmətlərin satışına aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
  • Potensial müştərilərlə qiymət təkliflərinin və satış şərtlərinin razılaşdırılması;
  • Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
  • Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusu hazırlanması;
  • Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
  • Satışdan sonra müştərilərlə əlaqə saxlayıb onlardan rəylərin alınması və müştəri məmnuniyyətinin yoxlanılması;
  • Müştəri narazılıqlarının ətraflı dəqiqləşdirilməsi və ehtiyac olduğu halda müvafiq şöbələrə yönləndirilməsi;
  • Satışın artırılması üçün mövcud müştərilərlə, məhsullarla bağlı çarpaz təkliflərin hazırlanması;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
  • Müştəri narazılıqlarının idarə edilməsi;
  • Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtləri: 

  • Əmək haqqı: 1500 – 1700 AZN + satışdan bonus;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı).

Maraqlanan namizədlər mövzu yerində “Korporativ satış üzrə mütəxəssis” yazmaqla öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.