Rəqəmsal marketinq mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Şirkətin rəqəmsal marketinq strategiyasının planlaşdırılması, icra edilməsi və təhlil edilməsi;
  • Şirkətin sosial media platformalarının və digər rəqəmsal kanallarının idarə edilməsi, yenilənməsi , inkişaf etdirilməsi və optimallaşdırılması;
  • Rəqəmsal marketinq platformalarında (Google Ads, Facebook Ads, Instagram Ads və s.);
  • Ödənişli reklam kampaniyalarının yaradılması və idarə olunması;
  • Rəqəmsal marketinq platformalarında effektivliyin ölçülməsi və təhlil edilməsi;
  • Rəqəmsal marketinq platformalarında SEO (axtarış motoru optimallaşdırması) taktikalarının tətbiq edilməsi (Content seo ,Meta description,Keywords,Search Console);
  • Rəqəmsal marketinq platformalarında yüksək keyfiyyetli və cəlbedici kontentin yaradılması və ya seçilməs;i
  • Marketinq kampaniyaları üzrə kompleks  hesabatların tərtibi və təhlili;
  • Şirkətin məhsulları üzrə araşdırmaların aparılması və məlumatların toplanması, bazarın analiz edilməsi, reklam və tanıtım ehtiyaclarının təyin edilməsi;
  • Vəzifəsinə bilavasitə aid olan digər işləri yerinə yetirmək.

Namizəd üçün tələblər:

  • Rəqəmsal marketinq sahəsində azı 2 illik iş təcrübəsi;
  • Ali təhsil;
  • Azərbaycan, dilindǝ sǝlis yazı vǝ fikirlǝrini ifadǝ etmǝsi, müxtǝlif ideyaların tǝklif edilmǝsi,yüksǝk keyfiyyetli mǝzmunların hazırlanması (Rus vǝ İngilis dili bilməsi arzu olunandır);
  • Kompüter biliklǝri: MS Programları, Google Analytics, Google Ads, Facebook Ads, Instagram Ads, SEO alətləri;
  • Tǝşǝbbüskar vǝ Əla ünsiyyǝt bacarıqları;
  • İnnovativ vǝ konstruktiv tǝkliflǝr irǝli sürmǝk bacarığı;
  • Punktual vǝ kreativ;
  • Məlumatları analiz etmək , tendensiyaları müəyyənləşdirmək, nəticələr çıxarmaq və onları fəal anlayışlara çevirmək bacarığı;
  • İşinǝ qarşı diqqǝtli vǝ mǝsuliyyǝtli olması;
  • Kollektivǝ vǝ iş mühitinǝ uyğunlaşa bilǝn;
  • Peşǝkar sǝviyyǝdǝ yazılı vǝ şifahi ünsiyyǝt bacarığı.

İş şəraiti:

 

  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək(1000-1500azn);
  • İş qrafiki: həftədə 5 gün, 09:00-dan 18:00-dək;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 44.

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər öz fotoşəkilli CV formalarını mövzu hissəsində “Rəqəmsal marketinq mütəxəssisi” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: 055-500-91-00

İşəgötürənin reytinqi

OMİD Mağazalar şəbəkəsi tərəfindən digər vakansiyalar