İşin təsviri
Vəzifə öhdəlikləri:
- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Mövcud müştərilər ilə əlaqələri qoruyub saxlamaq və sifarişləri qəbul etmək
- Müştərilərin istəklərini, tələblərini və şikayətlərini daima araşdırmaq, dəyərləndirmək və onlar haqqında rəhbərliyə məlumat vermək
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi.
Namizəddən tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili (mütləqdir)
- Marketinq və satış sahəsində minimum 3 il iş təcrübəsi (Neft,qaz və su borularının satışı sahəsində təcrübəsi olanmalıdır);
- Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı;
- Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti ;
- Müştəri portfelinin olanlara üstünlük veriləcəkdir.
- Neft qaz sektorunda işləməsi mütləqdir. (Socar və s.)
İş yeri: Bakı şəh., Təbriz küçəsi 79
İş qrafiki: I -V günlər
İş saatı: 09:00-dan 18:00-a
Koorporativ nömrə ilə təmin olunur.
Əmək haqqı: namizəddən asılı olaraq razılaşma yolu ilə
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Satış Meneceri” adını qeyd edərək e-mail ünvanına CV-ni göndərməkləri xahiş olunur.