Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin Aparıcı mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Agentliyin nüfuzunun qorunması istiqamətində tədbirlərin həyata keçirilməsində iştirak edir;
  • Agentliyin fəaliyyətinə dair press-relizlər hazırlayır;
  • Agentliyin KİV-lə əlaqələrinə dair iş və tədbirlər planlarının hazırlanmasında iştirak edir;
  • Agentliyin rəsmi internet səhifəsinin, sosial media hesablarının idarə edilməsi, eləcə də səhifə və hesablar üzrə məlumatların aktuallığının təmin edilməsində iştirak edir;
  • AİH sədrinin və Agentliyin digər nümayəndələrinin KİV-də çıxışlarının və məqalələrin hazırlanmasında iştirak edir;
  • Agentliyin media qurumları ilə əlaqələrinin qurulmasında, eləcə də media qurumlarından daxil olan sorğuların yönləndirilməsi və cavablandırılmasında iştirak edir;
  • Agentliyin ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətinə dair hesabatlar hazırlayır;
  • Agentliyin ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətinin  inkişaf etdirilməsi üçün şöbə müdirinə təkliflər verir;
  • Bilavasitə rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Tələblər:

  • Ali təhsil (İctimaiyyətlə əlaqələr və ya jurnalistika üzrə);
  • Yaş həddi 25-45 aralığı;
  • İctimaiyyətlə əlaqələr və ya jurnalistika sahəsi üzrə azı 3 il iş stajı;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Problemlərin həlli və razılığın əldə edilməsi bacarığı; 
  • Azərbaycan dilini səlis bilməli, ingilis yüksək səviyyədə, rus dili arzuolunandır.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi- Aparıcı mütəxəssis) qeyd etməniz tələb olunur. Vakansiya üzrə müraciətin son tarixi: 18 dekabr 2023-cü il