Dağ Mədən işləri üzrə Koordinator

  • Matanat A
  • Elanın qoyulma tarixi: 06.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Geoloji-kəşfiyyat işlərinin nəticələrinin araşdırılması və potensial sahələrin müəyyənləşdirilməsi;
  • Kameral şəraitdə layihələrin hazırlanması;
  • Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərinin yerinə yetirilməsi;
  • Geoloji-kəşfiyyat quyularına və qazma operatorlarına nəzarət, kern məhsullarının sənədləşdirilməsi;
  • Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə işlənilməsi, müxtəlif təyinatlı cizgi, sxem, xəritə və planların eləcə də kəsilişlərin tərtibi;
  • Müasir proqram təminatlarından istifadə edərək müxtəlif elementlər üzrə anomaliyaların hazırlanması;
  • Əldə edilmiş nəticələr əsasında proqnoz ehtiyatların hesablanması;
  • Müvafiq idarəetmə təcrübəsi;

Tələblər:

  • Təhsil: Ali -Xaricdə təhsil alanalara üstünlük verilir;
  • İş təcrübəsi: 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Rus və İngilis dili dilləri üstünlükdür
  • Kompüter bilikləri: Word, Excel,Power Point, Autocad

İş şəraiti:

  • 5 günlük iş şəraiti
  • İş Saatı: 09-00-dan 18-00-dək;
  • İş yeri – Baş Ofis – Luxen Plaza (Xətai p-ti, Təhsil Nazirliyinin yanı);
  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə verilir;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq;

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərin.

İşəgötürənin reytinqi