Mühasibat uçotu üzrə mütəxəssis

  • NZA Audit MMC
  • Elanın qoyulma tarixi: 02.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas iş öhdəlikləri:

  • Gündəlik əməliyyatların və uçot yazılışlarının mühasibat uçotu proqramına (1C 8.3) daxil edilməsi;
  • Aylıq, rüblük və illik olan vergi və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Bank və nağd ödənişləri icra etmək və düzgün sənədləşdirilməsini təşkil etmək;
  • Kadrlarla bağlı sənədləşdirilmələrin aparılması;
  • Vergi sistemində elektron qaimələrin hazırlanması və şirkətlərin elektron vergi kabinetlərinə nəzarət olunması;
  • Aylıq əmək haqlarının, məzuniyyətlərin və işçilərə olan digər ödənişlərin hesablanması;
  • Rəhbərlik tərəfindən verilən sair iş təlimatlarının icra edilməsi.

Əsas bilik və bacarıqlar:

  • Mühasibat uçotu, vergi və ya maliyyə sahəsində ali təhsil;
  • MS Office proqramları üzrə bacarıqların olması (Xüsusilə Excel);
  • Azərbaycan (yüksək səviyyədə) və ingilis (Intermediate) dillərini bilmək; (Rus dilini bilmək arzuolunandır);
  • 1C mühasibat proqramı üzrə biliklərin olması arzuolunandır;
  • Mühasibat uçotu üzrə beynəlxalq sertifikat imtahanlarında (ACCA, CIMA və s.) nəticələrin olması arzuolunandır;
  • Peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanlarda nəticənin olması arzuolunandır;
  • Mühasibat uçotu siyasəti və prosedurları barədə biliklərin olması arzuolunandır;
  • Yaxşı ünsiyyət, problem həll etmə və hesabatlılıq bacarıqlarının olması.

Zəhmət olmasa, tərcüməyi-halı (CV) Mühasibat uçotu üzrə mütəxəssis” başlığı ilə göndərin.