Korporativ satış üzrə mütəxəssis

  • Libraff
  • Elanın qoyulma tarixi: 01.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Təhsil: Ali
  • Müştəri xidmətləri, korporativ\B2B satış sahəsində iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə, Rus və İngilis dili biliyi arzuolunandır

Tələb olunan bacarıqlar:

  • Mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, aydın ifadə etmə bacarığı
  • Məsuliyyətli, operativ, işə həvəslə yanaşan
  • Komputer proqramlarından istifadə etmək bacarığı (MS Word, Excel, PowerPoint, Outlook)

Əsas vəzifə öhdəlikləri:

  • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Mövcud korporativ tərəfdaşları daim diqqətdə saxlamaq və sorğular göndərmək;
  • Müvafiq portallarda tender layihələrini mütəmadi izləmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq məhsulların mövcudluğunu yoxlamaq, təkliflər hazırlayıb təqdim etmək;
  • Şirkət və şirkətin məhsulları barəsində mükəmməl biliyə malik olmaq;
  • Aylıq satış planını yerinə yetirmək;
  • Müştəri bazasını daim genişləndirmək, uçotunu aparmaq, iş proseslərin, danışıqların statuslarını nəzarətdə saxlamaq. 

İş yeri, qrafik və digər şərtlər:

  • İş vaxtı 09:00 – 18:00
  • İş günü 5/2
  • İş yeri: Pullman otel (Badamdar) 
  • Şirkət tərəfindən korporativ nömrə verilir
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq (ə\h fix 800-1000 +satışdan bonuslar)
  • Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur

Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını qeyd etmək tövsiyyə olunur.

İşəgötürənin reytinqi