Tərbiyəçi müəllim

  • ALGİ Group MMC
  • Elanın qoyulma tarixi: 27.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Qrupda hər bir uşagın fərdi olaraq psixoloji xsusiyyətlərini izləmək, basqı olmadan uşaqların davranışlarına nəzarət etmək , təhsil üzrə rus dilində metodik aktivitələrlə iş aparmaq bacarığı olmalıdır,
  • Müxtəlif didaktik oyunlarla işləməyi bacarmalıdır,
  • Keçdiyi dərs metodikasında uşaqlara (görmə, eşitmə və toxunma) sensor bacarığını aşılamalıdır,
  • Uşaqlar arasında qarşılıqlı münasibətləri tənzimləmək, davranış qaydalarını inkişaf etdirməyi bacarmalı,
  • Tərbiyəvi və metodik işin təşkili ilə bağlı günlük, aylıq və illik iş planı qurmalıdır,
  • Uşaqların davranışlarındakı dəyişiklikləri gördükdə qeydiyyat aparmalı, səhətinin vəziyyəti barədə baxçanın rəhbərliyinə və həkimə məlumat verir, həkimin tələblərini yerinə yetirməlidir
  • Uşaqların ailədə tərbiyyəsinə dair valideynlərlə iş aparmağı bacarmalıdır,
  • “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər
  • Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasını bilməlidir,
  • Hər yaşa görə pedaqogika və sosial uşaq psixologiyasını bilməlidir,
  • Gigiyena qaydalarının əsaslarını bilməli, uşaqların sağlamlığının qorunması üçün hər hansı bir qəza vəziyyətiylə üzləşdikdə ilk tibbi yardım göstərməyi bilməlidir
  • Daim müşahidəçi və araşdırmacı, sosial yönümlü və empati bacarığı olmalıdır,
  • Təlim-tərbiyə işinin təşkilini, informasıya- komunikasiya texnologiyalarından istifadə tələblərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, peşəkar ünsiyyət psixologiyasını bilməlidir.

Tələb olunan təhsil və biliklər:

  • Ali pedaqoji təhsil (məktəbəqədər pedaqoji fəaliyyət);
  • Minimum 2 il bağça sahəsində pedaqoji staj;
  • Azərbaycan və rus dillərini  əla səviyyədə bilməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.
  • Yaş həddi: 25-40

Əmək haqqı: 400 –600 AZN

İş rejimi: 5 günlük iş rejimi

Nahar bağça tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Tərbiyəçi müəllim” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar

ALGİ Group MMC tərəfindən digər vakansiyalar