Sahə memarı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İnşaat layihələrinin memarlıq və dizayn tələblərini yoxlamaq və verilən məlumatlar əsasında hazırlamaq;
  • Tikinti sənədlərini və çertyojları nəzərdən keçirtmək, başa düşmək və aşkar edilmiş çatışmazlıqlar və uyğunsuzluqlar düzəltmək üçün təklifləri rəhbərliyə təqdim etmək;
  • Layihənin icrası üçün hazırlanmış layihə tapşırıqlarının tələb olunan normativlərə uyğunluğunu təmin etmək;
  • Tikinti və təmir işlərində istifadə olunacaq uyğun material və məmulatları seçmək, onların lazımi sayını və ya ölçüsünü hesablamaq və tikinti smeta dəyərini formalaşdırmaq;
  • Layihənin memarlıq üzrə tələb olunan texniki sənədlərini hazırlamaq, bu və digər əlaqədar sənədləri toplamaq.
  • Layihənin yerinə yetirilməsi üçün tələb olunan materialların xərc baxımından effektivliyini təmin etmək;
  • Tikinti layihəsinin razılaşdırılmış plan üzrə inkişafına, orada istifadə olunan materialların tikintidə texniki şərtlərə cavab verməsinə nəzarət etmək;
  • Layihə ilə əlaqəli normativ sənədləri və hesabatları layihəyə cəlb olunan komanda üzvləri ilə birgə işləyib hazırlamaq;

Tələblər:

  • Təhsil: Memarlıq üzrə ali təhsil
  • Təcrübə: Sahə memarı, layihəçi memar və draftsman işlərində minimum 3 il iş təcrübəsi
  • Kompyuter proqramları: MS Office, Revit, AutoCAD, Adobe Photoshop, SketchUp
  • Bilik və bacarıqlar: peşəkar tərtibat/texniki rəsmlər proqramlarının peşəkar istifadəçisi

İş şəraiti:

  • İş yeri-Kimya Sənaye Parkı
  • İş qrafiki-6 günlük
  • Nahar müəssisə tərəfindən verilir