Satış koordinatoru

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 15.10.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 400-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Satış koordinatoru

Əsas vəzifə öhdəlikləri

• Regionlarda agent satışlarının təşkili
• Regionlar üzrə qoyulmuş satış planın yerinə yetirilməsinin idarə edilməsi

Namizədə tələblər

• Yaş: 28-34
• Cinsi: kişi
• Təhsil: ali
• İş təcrübəsi: satış sahəsində min. 3 il iş təcrübəsi
• İş təcrübəsi: qrup və ya komandanın idarə edilməsi üzrə min. 1 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

• Hesabat və təqdimat hazırlamaq bacarığı

Şəxsi keyfiyyətlər

• Liderlik potensialı
• Yüksək ünsiyyət qabiliyyəti
• Təşkilati qabiliyyət

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2
• Əmək haqqı: 800-900 AZN + motivasiya
• Şirkət tərəfindən nahar
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün avtomobil təqdim olunur
• Regionlara mütəmadi ezamiyyətlər

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir ) və yaxud 012 (940) nömrəsinə zəng edə bilər