Sahə memarı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) yoxlanılması, lazım olan layihə dəyişikliyinin işlənib hazırlanmasının həyata keçirilməsi;
  • Bina və tikililərin və s. memarlıq layihələrinin və baş planların lazımi düzəlişlərinin işlənib hazırlanması, işlərin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsi, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasının təmin edilməsi;
  • Layihələndirmə işləri üçün tərtib ediləcək layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativlərə uyğunluğunun təmin edilməsi;
  • Tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərinin, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsi işlərində memari həcmlərin hesablanmasının təmin edilməsi;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasının təmin edilməsi;
  • Layihə olunmuş obyektlərin subpodratçı şirkətlər tərəfindən tikintisinə müəllif nəzarəti etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi;
  • Layihə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək;
  • Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrinin tərtib edilməsi;

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Sahə üzrə minimum 8 il iş təcrübəsi;
  • Rus və ingilis dili pre-intermediate səviyyədə;
  • Archicad, Autocad, 3D Max, Word, Excel bilikləri;
  • Əl ilə sketch çəkmək bacarığı;
  • BOQ ve Specification duzəltmək;
  • Interior bitiş detalları həlli verə bilmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı.

İş yeri:

  • Nardaran qəsəbəsi, Sea Breeze Resort.
  • Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı:  I-VI günlər.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər.