Təcrübəçi - Mühasib

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətin gündəlik maliyyə əməliyyatlarının icra olunması;
  • Elektron qaimə fakturaların hazırlanması və göndərilməsi;
  • Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
  • Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi;
  • Bank əməliyyatlarının həyata keçirilməsi;
  • Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların tərtib olunmasında iştirak etmək;
  • İşgüzar yazışmaların aparılması;
  • Əmək haqqı hesablaması və ödənişləri;

İş şəraiti:

  • Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
  • Korporativ mobil nömrə;
  • Təcrübə proqramı ödənişsiz olacaq, 1 ay sonra namizədin bilik və bacarıqları nəzərdən keçiriləcək və uyğun olan təqdirdə razılaşdırılmış əmək haqqı ilə işlə təmin olunacaq.

Namizəd üçün tələblər:

  • Ali və ya orta təhsil;
  • Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edəcək;
  • Microsoft Ofiice proqramları ilə işləmə bacarığı;
  • Mühasibatlıq sahəsi üzrə nəzəri biliklər;
  • Yaş həddi 18 - 40 aralığında;
  • Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı vacibdir, rus dili biliyi üstünlükdür.
  • Məsuliyyətli, öyrənməyə cəhd edən, ünsiyyətcil, pozitiv, cəld, operativ olan və komanda ilə işləmə bacarığı.

Namizədlərdən “cv”-lərini elektron poçt ünvanına mövzu yerində "Təcrübəçi mühasib" başlığı yazmaqla göndərmələri xahiş olunur.

Regency Consulting and Tax Solutions tərəfindən digər vakansiyalar