Baş mühasib

İşin təsviri

İş barədə məlumat:

  • Təhsil səviyyəsi: Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisadi yönümlü)
  • Mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3-5 il
  • Kompüter bilikləri:  1C 8.3 proqramında sərbəst işləməyi bacarmalı
  • Microsoft Office programlarında sərbəst işləmək bacarığı- Yüksək dərəcədə analitik qabiliyyət və riyazi düşüncə;
  • PMS və ya F-3 beynəlxalq müvafiq sertifikatlarıın olması üstünlükdür
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • 5 günlük iş qrafiki bazar istirahət
  • Əmək haqqı: müsahibə zamanı razılaşma əsasında təyin olunacaq

Namizədə tələblər:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi
  • Aylıq mənfəət zərər hesabatı və balans hesabatının təqdim olunması
  • Büdcə ilə faktiki göstəricilərin təhlili
  • Statistika, Vergi hesabatlarının (Mənfəət,ÖMV,ƏDV,Əmlak,DSMF və s) təqdim edilməsi
  • ƏDV ilə hesablaşmalar, ƏDV Bəyannaməsinin verilməsi və əvəzləşdirmənin aparılması
  • EVHF, E-qaimələrin və hesab fakturaların tərtibi
  • Online kargüzarlıq bölməsi bağlı işlərin həyata keçirilməsi
  • e-gov.az, e-taxes.gov.az-BTP –dən işləmə bacarığı
  • Təşkilat daxili mühasibat uçotunun aparılması
  • Vergi və mühasibat uçotunun aparılması
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi
  • Əmək haqqı, məzuniyyətlərin hesablanması
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
  • Elektron bankinqlə daxili Və xarici bank ödənişlərinin həyata keçirilməsi.
  • Bank ödənişinin icrası üçün sənədlərinin hazırlanması
  • Bank ödəniş tapşırıqlarının hazırlanması
  • Şirkətin yaradılması, bank hesabının açılması, möhürün alınması, Asan İmza.
  • Cari vergi ödəmələrinin hesablanması.
  • Nəzarət-kassa aparatının və POS-terminalın onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması.istifade edilmesi.
  • Alış aktları, etibarnamə, protokollar, təhvil-təslim aktları, üzləşmə aktlarının hazırlanması
  • Rəhbərliyə lazımı məlumatları hazırlayıb təhvil vermək
  • Vergi orqanları ilə yazışmaların aparılması
  • Debitor və kreditorlarla aparılan əməliyyatların təhlili
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi

İş şəraiti:

  • Həftə içi 6 gün (bazar istirahət)
  • İş saatı 09:00-dan – 18:00-dək
  • Servis xidməti mövcuddur
  • Nahar şirkət tərəfindən qarşılanır
  • Əmək haqqı müsahibə zamanı razılaşma əsasında təyin olunacaq
  • İşə qəbul AR qanunvericiliyinə uyğun olaraq aparılır

Əlaqə: +994992062021 (Səbinə x), +994506030787  (Aytən x)