Front-End Intern

  • Afea Group
  • Elanın qoyulma tarixi: 17.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Komandamıza bizimlə birgə çalışacaq istedadlı, öz kariyerasını Front-end üzrə qurmaq istəyən namizədlər axtarırıq.

Təcrübə proqramı 3 aylıq müddəti əhatə edəcək və uğurla bitirən namizədlər işlə təmin olunacaqdır.

İş barədə məlumat:

  • Qrup və ya fərdi şəkildə yeni layihələrin yaradılması;
  • Mövcud layihələrə əlavə və dəyişikliklərin edilməsi, texniki dəstək göstərilməsi;

Tələblər:

  • React js bilikləri
  • İngilis dili – Intermediate
  • Sərbəst araşdırma bacarığı
  • Komanda ilə işləmək bacarığı
  • Yaradıcı düşünmə və problemləri həll etmə bacarığı

Təklif etdiyimiz iş şəraiti:

  • İş qrafiki 4 günlük (Cümə, Şənbə və Bazar qeyri-iş günüdür)
  • İş saatları 10:00-19:00 (13:00-14:00 nahar fasiləsi)
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Təcrübə müddəti ödənişlidir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində « Front-end İntern » qeyd edərək CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.