Baş Mühasib

İşin təsviri

İş barədə məlumat:

  • Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
  • Vergi orqanları ilə yazışmalar
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
  • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
  • Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət,Gömrük) hazırlanması və təqdim edilməsi
  • DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
  • BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc)
  • Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
  • Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılmasına nəzarət;
  • Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
  • Nahar,servis və telefon şirkət tərəfində təmin edilir

Tələblər:

  • Restoran şəbəkələri üzrə iş təcrübəsi olanlara üstünlük veriləcək
  • İş təcrübəsi:5 ildən artıq
  • 1C 8.3 və elektro proqramlarını bilməli
  • Maliyyə və mühasibat üçotu üzrə ali təhsil
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi,
  • Bütün növ vergi, dsmf və digər hesabat formaları ilə iş təcrübəsi
  • Balans, Mənfəət - Zərər, Pul hərəkətləri haqqında hesabatlarının təqdim olunması
  • Mal - material uçotu, anbar qalığı, aylıq inventarizasiyanın aparılması
  • e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
  • Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

Əmək haqqı razılaşma yolu ilə.

Əlaqə nömrəsi: 099-206-20-26, 099-206-20-21

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində vəzifə adını qeyd edərək [email protected][email protected] ünvanlarına göndərə bilərlər.