Oracle Database Administrator

  • AzInTelecom
  • Elanın qoyulma tarixi: 19.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • DBMS Oracle quraşdırılması;
  • Məlumat bazasının yaradılması və müşayiəti;
  • Təhlükəsizliyin, məlumatların bütövlüyünün və imtinaya davamlılığın təmin edilməsi;
  • Məlumat bazasının layihələşdirilməsi və ehtiyatın təminatı;
  • DBMS istehsal qabiliyyətinin monitorinqi, optimallaşdırılması və tuninqi;
  • Yenilənmənin vendordan qəbulu və test mühitində quraşdırılması;
  • Ehtiyat nüsxələrin çıxarılması və bərpası;
  • İstehsal mühitində test yeniliklərinin quraşdırılması;
  • İstehsal mühitdə sınaqdan keçmiş scriptlərin (logs) quraşdırılması;
  • Müəyyən edilmiş qaydalara uyğun olaraq ehtiyat məlumat bazasının yaradılması prosesinin işə salınması və daşıyıcıda yazıların mövcudluğunun yoxlanılması;
  • Məlumat bazasının ehtiyat məlumat bazasından bərpa edilməsi;
  • Məlumat bazasının bərpa edilməsi üzrə aparılan işlər haqda hesabatların təqdim olunması;
  • Qoyulmuş tapşırıqların qeydiyyatının aparılması;
  • SQL-sorğularının, PLSQL-prosedurlarının məlumat bazasına təsdiqlənmiş sifariş əsasında yazılması.

Tələb olunun biliklər:

  • Ali təhsil (Kompüter elmləri və ya digər əlaqəli sahə üzrə arzuolunan)
  • Oracle verilənlər bazalarının idarə olunması üzrə minimum 3 illik iş təcrübəsi;
  • Oracle 11gR2 və 12cR2 administrasiyası üzrə dərin biliklər;
  • Oracle DB arxitekturası üzrə biliklər;
  • Verilənlər bazasının optimallaşdırması və SQL tuning üzrə təcrübə;
  • Oracle RAC və Data Guard texnologiyasını yaxşı bilmək;
  • RAC, ASM, Data Guard kimi Oracle utilitiləri üzrə bilik və iş təcrübəsi;
  • RMAN ehtiyat və bərpa üzrə yüksək biliklərin olması;
  • Oracle administrasiyası üzrə sertifikat arzuolunan.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi