İşin təsviri
Vəzifə öhdəlikləri:
- Aidiyyatı iş yerlərində işləyən işçi heyyətinə aid verilən əmr, sərəncam və göstərişlərin qanunvericiliyin tələblərinə uyğun hazırlanmasıvə elektron qeydiyyatının aparılması (işə qəbul, işdən azad, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət);
- Yaranmış vakansiyalar üzrə işçi axtarışının həyata keçirilməsi; Namizədlərlə müsahibələrin təşkil olunması və ilkin dəyərləndirilmənin aparılması;
- Yeni gələn işçilərin şəxsi işlərinin tamamlanması və saxlanılması;
- ƏM xitam verilən işçilərin dövriyyə vərəqələrinin düzgün tamamlanmasına nəzarət olunması;
- Əmrlərinin təsdiqə verilməsi və mühasibatlığa göndərilməsi;
- İşçi heyətinin illik məzuniyyət qrafiklərinə əsasən vaxtlı-vaxtında məzuniyyətə buraxılmasının həyata keçirilməsini təmin edilməsi;
- Əmək kitabçalarının qeydiyyatını aparıb, onların vaxtlı-vaxtında və əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə doldurulmasını təmin olunması və əmək müqaviləsinə xitam verilən işçiyə təhvil verilməsi;
- Xarici vətəndaşların iş və yaşayış icazələrinin alınması; Dövlət Miqrasiya Xidməti ilə bağlı bütün işlərin həyata keçirilməsi;
- Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Vəzifə ilə bağlı tələblər:
- Ali təhsili;
- İnsan resursları üzrə 2 il iş təcrübəsi;
- MS Office (xüsusilə MS Excel) üzrə biliklər;
- 1C proqramı üzrə biliklər arzuolunandır.
İş şəraiti:
- İş yeri : Abşeron Masazır-2 (https://lnkd.in/e5VvMejK)
- İş saatı: 09:00-dan 17:00-dək;
- İstirahət: Bazar günü;
- Nahar şirkət tərəfindən verilir;
- Servis mövcuddur;
- Korporativ nömrə verilir;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.