Qablaşdırıcı (Dondruma zavodu)

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 25.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yarımfabrikat və hazır məhsulun və ya onun ayrı-ayrı komponentlərin taraya-paket, paçka, kisəyə və s. qablaşdırılması;
  • Məhsulun müxtəlif kağızlara bükülməsi, əl ilə kağız, kardon və digər taraya qablaşdırılması və kompletləşdirilməsi;
  • Hazır məhsulu plastmass qablara və ya vafli stəkanlara yığılması;
  • Etiketlərin yapışdırılması;
  • Bükücü materialın markalanması;
  • Bükücü materialın verilmiş ölçüdə və ya şablon üzrə biçilməsi və kəsilmsi.

Tələblər:

  • Yalnız xanım namizədlər;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli və işində dəqiq olmalı;
  • Yaş həddi : 20-45 yaş

İş şəraiti:

  • İş qrafiki: Növbəli, Həftənin 6 günü, bazar günü istirahət;
  • Əmək haqqı: 420 AZN (Gecə növbəsi – 450 AZN);
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D.

Vakansiyaya müraciət etmək istəyən namizədlər mövzu bölməsində Qablaşdırıcı qeyd edərək CV-ni göndərə bilərlər.

İşəgötürənin reytinqi