Mexanik-çilingər

  • AzerFloat
  • Elanın qoyulma tarixi: 24.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

Vəzifə və Öhdəlikləri: 

  • Iş növbəsi üzrə təhvil-təslim prosesini həyata keçirmək və növbə zamanı aşkar edilmiş kənarlaşmaların qeydiyyatını aparmaq və birbaşa rəhbərinə məlumat vermək;
  • Planlı şəkildə avadanlıqlara baxış (köhnəlmiş və ya sıradan çıxmış mexaniki qurğuların müəyyən edilməsi), vaxtında və keyfiyyətli texniki qulluq, sınaq və profilaktik təmir işlərini həyata keçirmək;
  • Avadanlıqların yoxlanması və təmiri üçün təqvim planlarının hazırlanmasında iştirak etmək, planlaşdırılmış profilaktik, cari və dövrü təmir üçün zəruri olan materialları, ehtiyat hissələrini, alətlərin ilkin ehtiyacını müəyyənləşdirmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, qurğuların yenidən qurulmasında iştirak etmək;
  • Çalışdığı iş zonasını təmiz saxlanmaq və iş zonasına  uyğun təhlükəsizlik texnikası üzrə  təlimat qaydalarına riayət etmək;
  • Vaxtından əvvəl aşınmanın qarşısını almaq məqsədilə avadanlıqların, onların detallarının işləmə prinsiplərini öyrənmək, texniki kənarlaşmaların səbəblərini analiz etmək

Bilməlidir:

  • Avadanlıqların, bina və qurğularının texniki xüsusiyyətlərini, iş rejimlərini, istismar qaydalarını;
  • Kəsici və deşici alətlər və qaldırıcı qurğulardan istifadə bacarığı;
  • Quraşdırma və montaj etmə bacarığı;
  • Şirkətin məhsullarının istehsal texnologiyasının əsaslarını

Tələblər:

  • Müvafiq sahə üzrə peşə və ya bakalavr ixtisas təhsili;
  • Tələb olunan vəzifə üzrə istehsalatda minimum 1-3 il iş təcrübəsi;
  • Fiziki və əl əməyindən istifadə də dözümlülük;
  • Müstəqil və komanda da işləmək bacarığı;
  • Problemlərə çevik yanaşma və detallara uzunmüddətli fokuslanmaq bacarığı;
  • Effektiv işləmə, öyrənmək və yeniliyə açıq olmaq

İş şəraiti: 

  • İş qrafiki: növbəli
  • Tibbi sığorta
  • Servis (20 yanvar) 
  • Nahar 
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Mövzü yerinə “Mexanik-çilingər” yazıb elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.