satınalma mütəxəssisi
Vəzifə və öhdəliklərim: - Potensial müştərilərin axtarılması - Müştərilərlə ticari danışıqların aparılması - Müştəri sifarişlərinin qəbulu və proseslərin həyata keçirilməsi, lazımi sənədlərin hazırlanması - Müştərinin ehtiyaclarını və sifarişlərini şirkətin ehtiyaclarına və çeşidinin mövcudluğuna uyğun olaraq satdığı məhsullarla əlaqələndirmək və ya koordinasiya etmək - Aylıq satış planı hazırlamaq - Daxili bazarın vəziyyətini, onu maraqlandıran məhsul və xidmətlərə olan tələbatın davamlı öyrənilməsi - Müxtəlif şirkətlərin nümayəndələri, potensial müştərilər, rəhbərliklə birbaşa razılaşdıqdan sonra daxili bazarda tərəfdaş şirkətlərin nümayəndələri ilə danışıqlarda iştirak etmək - Müştəri bazasının saxlanılması - Məhsulların müştərilərə çatdırılmasına nəzarət etmək - Bağlanmış müqavilələr üzrə alıcılar tərəfindən malların ödənişlərinin edilməsinə nəzarət etmək
- Tender şöbəsinin meneceri tərəfindən şirkətin prosedurlarına uyğun olaraq verilən təlimatlar əsasında polad borular və fitinqlər, nasoslar, yanğınsöndürənlər, çənlərin və digər sənaye mallarının satın alınmasını planlaşdırmaq və aparmaq - Daxili və xarici bazar araşdırmaları aparmaq və yeni təchizatçıları müəyyən etmək - Yerli və xarici şirkətlərdən gələn təklifləri, sorğuları və informasiyaları (RFP, RFQ və RFI) qəbul etmək və qiymətləndirmək, təkliflərin qiymətləndirilməsi hesabatlarını tərtib etmək, keyfiyyətli mallar üçün təklifləri müqayisəli şəkildə ən uyğun qiymət və şərtlərlə təyin etmək və təsdiq üçün rəhbərliyə göndərmək - Satınalma ilə əlaqədar sənədləri tərtib etmək və hazırlamaq - Təchizatçılarla danışıqlar aparmaq - Nəqliyyat əməliyyatlarının aparılması prosedurlarını logistika mütəxəssisi ilə koordinasiya etmək - Satınalma ilə əlaqədar digər prosedurlara nəzarət etmək
- Malların idxalı və ixracı üçün müraciət edən müştərilərlə ilkin əlaqə qurmaq - Daxili və xarici bazarları araşdırmaq - Xarici şirkətlərlə əməkdaşlıq qurmaqda iştirak etmək - Şirkəti yerli və xarici tədbirlərdə təmsil etmək - Beynəlxalq əlaqələrin qurulması və inkişafı üçün təkliflərin hazırlanmasında iştirak etmək - Sifariş verilən mal və xidmətlərin qiymətlərini əldə etmək və münasib bir qiymət təyin etmək - İdxal və ixrac əməliyyatları bağlı rəhbərlik tərəfindən verilən digər funksiyalar
2010-cu ildə 481 balla universitetin Metrologiya, Standartlaşdırma və Sertifikasiya Mühəndisliyi üzrə ixtisasına daxil olmuşam. Ümumi universitet ortalamam 73.51-dir. Dissertasiya işim "Avtomobil yağlarının sertifikatlaşdırılması" üzrə olub və 92 balla dissertasiyamı müdafiə etmişəm.
Universitetə 2017-ci ildə daxil olmuşam və şəxsi hesabımla tezsiz təhsil almışam. Eyni zamanda imtahan və müsabiqələrdən uğurla keçdiyim üçün 50% universitet bursunu qazanmışam. Universitet ortalamam 4 mümkün baldan 3.15-dir. Magistr təhsilimin layihə işi "Enerji Sektorunun Tənzimlənməsində Fayda və Xərclərin Təhlili" (Enerji Sektörünün Düzenlemesinde Fayda ve Maliyet Analizi) üzrə olub. Magistr təhsilim zamanı aşağıdakı sahələr üzrə biliklərə yiyələnmişəm:
→ Bilik iqtisadiyyatı və idarəetmə (Knowledge economy and management)
→ Maliyyə menecmenti 2 (Financial management 2)
→ Müəssisələrdə idarəetmə və liderlik (Management and leadership in businesses)
→ Layihənin idarə olunması; "MS Project" proqramının tətbiq olunması ilə birlikdə (Project management - MS Project)
→ Strateji idarəetmə (Strategic management)
→ Elmi tədqiqat metodları; "SPSS" proqramının tətbiq olunması ilə birlikdə (Scientific research methods - SPSS)
→ Maliyyə menecmenti 1 (Financial Management 1)
→ Sahibkarlıq (Entrepreneurship)
→ Biznesin idarə edilməsi (Business Administration)
→ marketinq menecmenti (Marketing management)
Türk - C2 – Mükəmməl (Proficiency)
İngilis - C1 – Qabaqcıl (Advanced)
Rus - A1 – Başlanğıc (Beginner)