RƏŞAD Ağayev

satış meneceri

Haqqında

Salam, adım Rəşaddır. Satış və xidmət sahəsində ümumilikdə 14 illik təcrübəyə malikəm. Bunun 7 ildən çoxu tikinti materiallarının satışı ilə bağlı olub. Hal-hazırda “Mətanət A” şirkətinin Satış departamentində, Maye İnşaat Qarışıqları üzrə, “Lənkəran - Astara” (cənub) zonasında satış təmsilçisi kimi fəaliyyət göstərirəm. İşimdə əsas güclü tərəflərim – analitik düşüncə, bazarın təhlili, satış nöqtələrinin inkişafı və müştərilərlə etibarlı münasibətlər qurmaqdır. Şirkət üçün real satış artımı və müştəri bazasının genişlənməsi yönündə dəfələrlə uğurlu nəticələr əldə etmişəm. Ailəliyəm, üç övladım var. Bakı şəhərində qeydiyyatdayam, Lənkəran şəhərində yaşayıram və şəxsi avtomobilim var – bu da region daxilində operativliyi təmin etməyə kömək edir. Hal-hazırda özümü daha da inkişaf etdirmək üçün 1C Mühasibatlıq proqramını öyrənirəm. Asudə vaxtımda idmanla məşğul oluram və elmi-texnoloji mövzulu seminarları izləməyi xoşlayıram.

İş tarixçəsi

  • satış meneceri

    03/2018 - indiyə qədər
    Azərbaycan Lənkəran

    Müəyyən edilmiş ərazilərdə müştərilərin ziyarət edilməsi, müştərilərlə görüş zamanı məhsullar haqqında ətraflı məlumat verilməsi, Ərazidəki magazalarda şirkət məhsullarına nəzarət edilməsi. Müştərilərdən sifarişlərin götürülməsi və ödənişlərin yığımı.

  • Nəzarətçi-inkassator

    AG Telekom MMC
    05/2015 - 03/2018
    Azərbaycan Bakı

Təhsil

Dil biliyi

  • Azərbaycan - C2 – Mükəmməl (Proficiency)

  • İngilis - A2 – Zəif (Elementary)

  • Rus - B1 – Orta (Intermediate)