brand management specialist
Mən, Xuraman Tağızadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr və magistr təhsilimi IT ixtisası üzrə tamamlamışam. İş təcrübəm müxtəlif sahələr üzrə inkişaf etmişdir. İlk olaraq 3 il ərzində freelancer kimi ofis proqramlarında təqdimatlar və müxtəlif tapşırıqları hazırlamışam. Daha sonra Koltek Müşavirlikdə sekreter-referent kimi işləmiş və burada ofis idarəçiliyi, qonaqların qarşılanması və digər təşkilati işlər üzrə təcrübə qazanmışam. Daha sonra Ram Holding - Caspian Equipment Company-də direktor assistenti olaraq çalışdığım müddətdə isə 1C üzərindən nomenklaturaların işlənməsi, satış əməliyyatlarının həyata keçirilməsi, tenderlərdə iştirak, xarici mal alıcıları ilə danışıqlar və sənədləşdirmə işlərində aktiv rol almışam. Hal hazırda isə Başak Group-da satış üzrə kiçik mütəxəssis vəzifəsində çalışaraq satış prosesi və müştəri əlaqələri sahəsində təcrübəmi genişləndirirəm. Bütün bu təcrübələr mənə müştəri əlaqələri, satış, sənədləşdirmə və digər bacarıqları ofis idarəçiliyi sahəsində dərin biliklər qazandırıb. İşimdə məsuliyyətli, dəqiq və operativ olmağa xüsusi ilə əhəmiyyət verirəm.
Azərbaycan - C2 – Mükəmməl (Proficiency)
İngilis - B1 – Orta (Intermediate)
Rus - A2 – Zəif (Elementary)