Yatsan MMC


1974-cü ildən yataq dəstləri sektorunda fəaliyyətə başlayan YATSAN firması, müştərilərinə “daha rahat və daha konforlu uyku” konsepsiyasina uyğun təkliflər verməktədir. Yataq məhsulları sektorunda modern çağın ən son texnologiyalarını özündə əks etdirən YATSAN, bir tərəfdən sənayənin və bir tərəfdən də əl əməyinin nəticəsidir. Əl əməyinin nəticəsində yaranmağımız isə müştərilərimizin rahatlığını daha yaxından öyrənə bilməmizə səbəb olur. Bu nədənlə də, SİZ-ləri ən yaxşı biz anlaya bilirik.
Türkiyə bazarında uğur qazanan firmamız YATSAN dəyərini dünya bazarına da təqdim etməyə başlamışdır. Hal-hazırda ümumi istehsalın 50%-i dünya bazarına təqdim olunmaqdadır. YATSAN dəyəri Almaniya, İspaniya, Hollandiya, Danimarka, Portuqalya, İngiltərə, İsveç, İsveçrə, Belçika, İtalya, Fransa, Xorvatya, Litva, Latvya, Estonya, Macarıstan, Rumunya, Malta, Serbiya, Ukrayna, Yunanıstan, Livya, BƏƏ, Kipr, İran, Avstralya, İsrail kimi ölkələrə təqdim olunmaqdadır.
Aktiv araşdırmalardan və potensial müştərilərimizin istəklərindən sonra YATSAN dəyəri nəhayət ki, Azərbaycan bazarına da daxil oldu. Bakı şəhərində fəaliyyətə başlayan mağazamız SİZ-in arzularınızı və rahatlığınızı yüksək səviyyədə reallaşdırmaq üçün təsis edilmişdir. Mağazamıza daxil olar-olmaz sizə təklif etdiyimiz “Rahatlığ”-ı hiss etməyə başlayacaqsınız. Bildiyiniz kimi, yuxu insanın zəruri ehtiyaclarından biridir. Rahat və sağlam yatmaq, günün yorğunluğunu atmaq, yeni günə hazırlanmaq, yuxudan stressiz şəkildə oyanmaq isə, SİZ-in istək və haqqınızdır.
Bizim mövcud bazardakı fərqimiz SİZ-lərə durmadan yeni məhsullar təqdim etmək, mövcud modelləri yeni texnologiyalarla zənginləşdirmək, HƏR KƏS-in bədən quruluşuna uyğun, bir sözlə, hər müştərimizə özəl məhsul və xidmətlər təklif etməkdir. Bütün bunları və daha çoxunu əldə etmək üçün SİZ-ləri mağazamıza dəvət edirik.
YATSAN….Gözəl bir gün Gecədən başlar……

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?