Victoryways Audit Consulting MMC


Biz, şirkətimizin mütəxəssislərinin köməkliyi ilə tərtib edilmiş sənədlərin qüvvədə olan qanunvericiliyə uyğun olmasına zəmanət veririk. Biz, öz müştərilərimizə müqavilə və sazişlərin tərtib edilməsində, lazım olduqda razılaşma dövründə partnyorlarla danışıqlarda iştirak edərək, köməklik göstəririk. Bizim siyasətimiz – hər bir müştəriyə fərdi yanaşmaqdır.

Qeyd etmək lazımdır ki, şirkətimiz öz işində işgüzar etikaya və məxfilik prinsipinə üstünlük verir və müştərinin inamını qiymətləndirir. Bizim əsas məqsədimiz, müştərilərimizin maraqlarını, üzərimizə götürdüyümüz öhdəliklərin yüksək keyfiyyətli və professional bir şəkildə yerinə yetirilməsinə yönləndirməkdir. Buna görə də peşəkarlıq prinsipinə sadiq qalaraq çalışırıq ki, müştərilərimizin və işgüzar partnyorlarımızın maraqları, qüsursuz peşəkar etik norma kimi təmin edilsin.

Victoryways şirkəti, xalq təsərrüfatının vacib sahələri ilə bağlı bir çox layihələrdə iştirak edərək, çiyinləri üzərində müştəri maraqlarının məhkəmələrdə təmsil edilməsi, Azərbaycan ərazisində xarici biznesin fəaliyyəti sahəsi üzrə məsləhətlərin verilməsi kimi böyük təcrübələr qazanmışdır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?