UNICEF Azerbaijan


BMT-nin Baş Assambleyası tərəfindən UNICEF-ə uşaq hüquqlarının müdafiəsinə fəal dəstək vermək, uşaqların öz əsas ehtiyaclarını təmin etmələrinə kömək etmək və uşaqların öz potensiallarını tam şəkildə reallaşdıra bilmələri üçün onların imkanlarını genişləndirmək səlahiyyətləri verilmişdir. 

UNICEF Uşaq Hüquqları haqqında Konvensiyanı rəhbər tutur və uşaqlarla davranış sahəsində etik prinsiplərin və beynəlxalq standartların davam etdirilməsi kimi, uşaq hüquqlarının formalaşdırılmasına çalışır.   

UNICEF israrla bildirir ki, uşaqların yaşaması, müdafiəsi və inkişafı insanların inkişafı üçün olduqca vacib olan hərtərəfli inkişaf şərtləridir.  

UNICEF ölkələrə, xüsusilə, inkişaf etməkdə olan ölkələrə “uşaqlar üçün ilk zəng”i təmin etməkdə və uşaqlar, eləcə də onların ailələri üçün münasib siyasətlər formalaşdırmaq və xidmətlər göstərmək üçün onların bilik və bacarıqlarını artırmaqda kömək etmək məqsədilə, siyasi iradəsini və maddi resurslarını səfərbər edir.  

UNICEF ən acınacaqlı vəziyyətdə olan uşaqların – müharibədən, fəlakətlərdən, ifrat yoxsulluqdan, zorakılıq və istismarın istənilən formasından əziyyət çəkən uşaqların və əlilliyi olan uşaqların xüsusi müdafiəsini təmin etmək öhdəliyi götürmüşdür. 

UNICEF uşaqların hüquqlarını müdafiə etmək üçün fövqəladə hallarda cavab tədbirləri həyata keçirir. UNICEF uşaqları və onlara qayğı göstərən şəxsləri əziyyət çəkməkdən qurtarmaq üçün çevik cavab tədbirləri həyata keçirmələri məqsədilə, BMT-nin tərəfdaşları və humanitar təşkilatlarla koordinasiyalı şəkildə tərəfdaşlarına özünün unikal imkanlarından istifadə imkanları yaradır.  

UNICEF bitərəfdir və əməkdaşlıq zamanı ayrı-seçkiliyə yol vermir. UNICEF-in etdiyi hər şeydə ən acınacaqlı vəziyyətdə olan uşaqlar və ən çox ehtiyac içində olan ölkələr prioritet təşkil edir. 

UNICEF özünün ölkə proqramları vasitəsilə qadın və qızların bərabər hüquqlarına kömək etmək və onların öz icmalarının siyasi, sosial və iqtisadi inkişafında tam iştirakına dəstək vermələrinə yardım etmək məqsədi güdür.

UNICEF özünün bütün tərəfaşları ilə birgə dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olunması və BMT-nin Nizamnaməsində əks olunmuş sülh və sosial inkişaf ideyasının reallaşdırılması istiqamətində çalışır.  

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?