Stark Group MMC


Biz 2009 - cu ildən reklam və marketinq sahəsində çalışırıq. Uğurlu fəaliyyətimizin əsasını həm istehsalçıların, həm də istehlakçıların dəyərləndirdiyi prinsiplərimiz təşkil edir.
 

        

         *  Peşəkarlıq             *  Operativlik

         *  Keyfiyyət               *  Korporativ xidmət


Mövcud sahədə yetərli və parlaq təcrübəyə malik, yaradıcı düşüncəli gənclərdən ibarət komandamız Peşəkarlığımızın keşiyindədir.Hər bir tələbkar müştərimiz üçün, ona özəl olaraq zamanında və dəqiq marketinq strategiyası işləyib hazırlamağımız Operativliyimizi təmin edir.Yaradıcı ideyalarla müştərinin imkanlarını və istehlakçının tələblərini ən cəlbedici şəkildə əlaqələndirərək Keyfiyyətimizi önə çəkirik. Sizin üçün hərtərəfli düşünülüb təşkil edilmiş Korporativ xidmətimiz sayəsində axtardığınız peşəkar nailiyyətinizi bizimlə əməkdaşlıqda tapa bilərsiniz.

Fəlsəfəmiz:
Əməkdaşlıq etdiyimiz şirkətin fəaliyyətini ən parlaq və kreativ şəkildə media və digər yollarla ictimaiyyətə çatdırırıq. Və bu zaman özümüzün də istehlakçı olduğumuzu nəzərə alaraq istehlakçı yanaşmasını professional səviyyədə dəyərləndiririk.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?