Skaz Auto Skoda


Axır zamanlar Skoda aktiv olaraq öz model sırasının təkminləşdirilməsi və genişləndirməsi üzərində çalışırdı. 2008-ci ildə yaranan Dünya İqtisadi Böhran nəticəsində müvəqqəti olaraq istehsal sürətinin və həcminin azalmasına baxmayaraq Çexiya şirkətinin inkişafını ləngidə bilmədi.

2006-cı ildə Moskva avtosərgisində orijinal və universal olan Skoda Roomster modeli nümayiş olunmuşdu. Bu model özündə, aktiv istirahəti sevənlər üçün istehsalçı tərəfindən istehsal olunduğunu əks etdirirdi. Bu avtomobil gənc alıcıların marağına səbəb olmuşdur. Həmçinin rahat və funksional bir ailəvi avtomobil olduğunu özündə əks etdirirdi.

Skoda Fabia və Superb modellərinin tam yeni nəsli işıq üzü görüb.yenilənmiş modellərdə əvvəlki çatışmamazlıqlar və qüsurlar aradan qaldırılmışdır. Bunun nəticəsi olaraq bu iki modelin satış səviyyəsi artmışdır.

Əlbəttə ki, son beş ildə çexiya şirkəti üçün əsas və əlamətdar hadisə , avtomobil bazarında yeni seqmentdə avtomobilin istehsal etməsi oldu. 2009-cu ildə Skoda tarixində ilk dəfə olaraq tam yeni krossover tipli avtomobilin istehsalı oldu. Bu yeni krossover modeli -Yeti adlandırıldı. Bu avtomobil həm funksionallığına görə həm də xarici görünüşünə görə çox uğurlu alınmışdır. Artıq birinci ayın satış həcmindən aydın oldu ki, «qar adamı » istehsalçının model sırasında öz yerini uzun müddətə möhkəmlətdi.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?