Selfhealing Center


Selfhealing Center şirkəti - artıq bir neçə ildir ki, insan inkişafına xidmət edən dəyişim və inkişaf mərkəzidir.

Mərkəzin əsas məqsədi - insan resurslarının və potensialının üzə çıxarılması, həyat keyfiyyətinin yüksəldilməsi və eyni zamanda cəmiyyətin inkişafına töhfə verməkdən ibarətdir.

Burada insanlar onlara və inkişaflarına mane olan bütün neqativ duyğu və yüklərdən azad olaraq uğurlu bir gələcək yarada bilərlər.

Özgüvənsizlik, fobiyalar, uğursuzluq qorxuları, özünü ifadə etməkdə çətinlik çəkən insanlar üçün komandamızın koçları tərəfindən həll yolları təqdim olunur.

Eləcə də, doğru karyera seçimi, ünsiyyət bacarıqlarının yüksəldilməsi, sosial fobiyaların aradan qaldırılması və şəxsi inkişafın gücləndirilməsi seansları da həyata keçirilir.

Selfhealing Center şirkəti seanslar, təlimlər, vörkşoplar və seminarlarla yanaşı, yoqa və pilates xidmətləri də təqdim edir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?