Riberry


Bu, interyerlərin tərtibatı sahəsində müasir görmə qabiliyyəti olan kreativ studiyadır. 

2013-cü ildən başlayaraq studiyanın mövcud olduğu bütün müddət ərzində istər Azərbaycan ərazisində, istərsə də onun hüdudlarından kənarda həyata keçirilən 200-dən artıq layihə icra edilmişdir. 

Riberry studiyası sizin bütün istəklərinizi nəzərə alaraq istənilən mürəkkəb obyekti layihələndirə və tərtib edə bilən, ixtisaslı və təcrübəli dizaynerlərə malikdirlər. 

Biz peşəkar konsultasiyadan tutmuş, bütün "açar təhvili"obyektlərinin kompleks işlənməsinə, satışına və təhvil verilməsinə qədər interyerlərin, eksteryerlərin və landşaft dizaynının layihələşdirilməsində geniş xidmətlər təklif edirik. Bizim studiya klassikadan hay-tek üslubuna qədər müxtəlif üslubda işləyir, dünya memarlıq modasının son tendensiyaları haqqında hər şeyi bilir. Kreativ mütəxəssislərimiz tərəfindən hazırlanmış interyer dizaynı - bu, hər zaman orijinal müəllif layihəsidir və bu layihə müştərinin hər cür arzuları, üslubun fərdiliyi, həmçinin otağın xüsusiyyətlərini nəzərə alınmaqla yaradılır. Biz birgə iş prosesi ərzində özlərini rahat hiss etmələri üçün, hər bir müştərimizə fərdi şəkildə yanaşırıq. Bizimlə işləmək asandır, ən cəsarətli ideyalar və arzuları təcəssüm etdirmək asandır. Hər bir layihədə biz yalnız öz ideyalarımızı reallaşdırmağa deyil, həm də müştərinin fərdiliyinə və zövqünə cavab verən unikal mühit yaratmağa çalışırıq. 

Biz müştərilərimizi qiymətləndiririk və bizə müraciət edərək düzgün seçim etdiyinizə əminik!

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?