Prometal MMC


"Prometal" MMC Azərbaycanda polimer örtüklü dəmirin ilk istehsalçısıdır. İstehsal xəttini dizaynını, avadanlıq təminatını və quraşdırılmasını 75 illik təcrübəyə sahib Avstraliyanın "Bronx İnternational" şirkəti həyata keçirmişdir.

Xəttin işə salınması 2018-ci ilin fevral ayında reallaşdırılmışdır. Xətt bir keçidli olub, qalınlığı 0.18mm-dən 0.80 mm-ə qədər və eni 1250 mm-ə qədər polad zolağı emal etməyə qabildir. Zavodun illik istehsal həcmi 50.000 ton təşkil edir. 

İstehsal xəttində boyanın polimerləşməsi üçün ən müasir sobalar və "Bronx İnternational" şirkətinin son innovasiyası olan çox keçidli son qat vurucusu quraşdırılmışdır ki, bu da müxtəlif rəngli sifarişlərin operativ istehsalına imkan verir. Bu xətt müxtəlif tip örtüklərlə: poliester parlaq, poliester matt, poliester rifli, poliuretan və PVDF ilə iş üçün nəzərdə tutulub.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?