Nəfis Çörək Zavodu


Bildiririk ki, “Platek Pact” MMC Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarına əsasən yaradılmışdır. “Platek Pact” MMC-yə məxsus “Nəfis çörək” zavodu Şəmkir şəhəri, Tofiq İsmayılov küçəsi 13 ünvanında yerləşir. “Platek Pact” MMC Müdafiə Nazirliyinin keçirdiyi 2015-ci il üzrə tenderin qalibi olmuşdur və hal-hazırda Müdafiə Nazirliyi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq şəxsi heyyətin təminatı üçün çörək istehsal olunaraq hərbi hissələrə çatdırılır. Eyni zamanda digər hüquqi şəxslərlə  çörək satışı ilə bağlı müqavilələr imzalanmış həmçinin fərdi sahibkar obyektlərində sifarişə uyğun olaraq çörək satışı həyata keçirilir.

Zavodun yerləşdiyi ümumi torpaq sahəsi 2,055 ha ərazini təşkil edir. Zavodun təməli 07 mart 2014-cü il tarixində qoyulmuş, 15 noyabr 2014-cü il tarixində açılışı olmuşdur. Zavodda rəsmi olaraq 222 nəfər işçi çalışır. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu Almaniyanın ən son texnologiyası əsasında qurulub.

Zavodun gündəlik istehsal gücü 35 ton, illik isə 12775 tona yaxındır. Zavodda 4 çörək istehsalı xəttləri, qablaşdırma xətləri, soyutma kameraları quraşdırılıb.  Çörək xətləri MCS, BENİER, PXN, DİREM xətləridir ki, onların da dövriyyələri aşağıdakı kimidir :

  1. MCS- 3000 (ədəd/saat)
  2. PXN – 1000 (ədəd/saat)
  3. BENİER – 1500 (ədəd/saat)
  4. DRİEM – 1500 (ədəd/saat)

Zavodda 907.00 kv.m olan xammal anbar, hər birinin tutumu 30 ton olan dörd ədəd silo (unun istehsalda avtomatlaşdırılmış formada istifadəsi üçün) çənləri, hazır məhsulun saxlanması üçün sahəsi 560.00 kv.m olan hazır məhsul anbarı mövcuddur. Zavodda 11 çeşiddə çörək istehsal olunur. Çörəklər əla növ buğda unundan hazırlanır və dövlət müəssisələrinə, xəstəxanalara, uşaq bağçalarına, məktəblərə, restoranlara, istirahət mərkəzlərinə və s. çatdırılır.

Çörəklərin daşınması üçün nəzərdə tutulmuş 24 ədəd xüsusi təyinatlı avtomobillər  mövcuddur. Gələcəkdə istehsal olunan məhsul növlərinin artırılması planlaşdırılır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?