Mover LLC


Biz kimik?

“Mover” MMC express logistika şirkətidir. 2015-ci ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərən şirkət bu günə qədər 60 mindən çox fiziki şəxsin 3 milyondan artıq yükünü müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib, o cümlədən ölkə daxilindəki ünvanlara əldən təslim edib.

Şirkət Azərbaycan qanunvericiliyi ilə qadağan edilməmiş hər növ yüklərin xarici ölkələrdən Azərbaycana və Azərbaycan daxilində qapıya çatdırılması ilə məşğuldur. Ölkəxarici və ölkədaxili elektron ticarət platformalarından verilən sifarişlərin ünvana çatdırılmasını da həyata keçirən “Mover” MMC bugünə qədər yarım milyondan çox bağlamanı Azərbaycanın müxtəlif bölgələrindəki müştərilərinə təhvil verib.

Mover MMC hazırda müştərilərinə elektron ticarət logistikası, anbar, havayolu karqo, dəniz daşımaçılığı, tarixi və sənət əsərlərinin, təhlükəli maddələrin və temperatur həssaslığı olan bağlamaların daşınması, qapıda təslim, onboard, alış-veriş köməkçisi və çarter xidmətlərini təklif edir.

Mover MMC eyni zamanda yazışmalar, işgüzar sənədlər, şəkillər, bədii açıqcalar, reklam-məlumat çap materialları, sxemlər və əlyazmaların, həmçinin, dövri çap və poliqrafiya məhsulları kimi poçt daşımalarına daxil olan hər cür yüklərin göndərilməsini də həyata keçirir.

Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) Azərbaycandakı yeganə üzvü olan Mover MMC beynəlxalq aləmdə də özünəməxsus yerə sahibdir. Azərbaycanın 40-a yaxın şəhər və rayonunda 7 ofis və 50-dən çox Mover Məntəqələrinə sahib olan Mover MMC ölkədə bu sahədə ən böyük şəbəkəyə sahibdir və gündən günə böyüyür. Məqsədimiz ölkənin hər bir nöqtəsindəki müştərilər üçün əlçatan olmaq və onların məmnuniyyətini qazanmaqdır.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?