Melissa Group


Alıcıların rahatlığını təmin edəcək yaşayış kompleksləri ilə bazarda keyfiyyət və rahatlığın ünvanına çevrilən Melissa Group 2000-ci ildən fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.

Melissa Group tikinti şirkəti, Azərbaycanda ilk dəfə sakinləri mənzillərə köçməmişdən əvvəl çıxarış (kupça) və texniki pasport ilə təmin edib. Şəhərin mərkəzi küçələrində sağlam təməlli, müasir görünüşlü möhtəşəm binaların inşası ilə daima diqqət mərkəzində olan Melissa Group, “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirmişdir. Hal-hazırda “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrinin icrası davam etməkdədir.

Sizlərə, xəyallarınızda canlandırdığınız  tam təmirli, yüksək keyfiyyətli, 17-20 mərtəbəli müasir tələblərə cavab verən binalar inşa edirik. İnşa etdiyimiz komplekslərdə daimi su, işıq və qaz sistemləri, Türkiyə istehsalı olan sərnişin və yük liftləri, plastik qapı və pəncərə sistemləri, seyf qapılar, yeraltı qaraj, təhlükəsizlik xidməti, istirahət parkı, tennis və futbol meydançaları yüksək standartlara cavab verəcək keyfiyyətdədir.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?