Mediland Hospital


Mediland Hospital 2014-cü ildən fəaliyyət göstərir. Hospital tibbin bütün yeniliklərini özündə cəmləyən yüksək səviyyəli xidmət təqdim edir. Diaqnostika bölümündə komputer tomoqrafiya, angioqrafiya,  maqnit rezonans tomoqrafiya, rentgen, ultrasəs - doppler müayinəsi, elektrokardioqrafiya, holter, exokardioqrafiya, tredmil test, ezofaqoqastroduedenoskopiya, kolonoskopiya, elektromioqrafiya, elektroensefaloqrafiya, endoskopik rinoskopiya, spirometriya və s. diaqnostik xidmətlər peşəkar mütəxəssislər tərəfindən aparılır. Çoxfunksiyalı laboratoriyamızda ümumi, biokimyəvi, patohistoloji, mikrobioloji və digər laborator müayinələr həyata keçirilir. Xəstəxanada bütün növ cərrahi əməliyyatlar açıq, endoskopik və laporoskopik üsullarla icra edilir. Təcili yardım komandamız 7/24 formatda Sizin xidmətinizdədir. Keyfiyyətli tibbi xidmət Mediland Hospitalın əsas meyarlarından biridir.

Xəstəxana geniş profillidir və aşağıdakı  şöbələr fəaliyyət göstərir:

  • İnvaziv Kardiologiya
  • Ortopediya-Travmatologiya
  • Dermatologiya və Kosmetologiya
  • Konservativ Kardiologiya 
  • Endokrinologiya 
  • LOR
  • Urologiya 
  • Oftalmologiya
  • Qastroenterologiya
  • Nevrologiya 
  • Terapiya 
  • Pediatriya
  • Fizioterapiya və Reabilitasiya 
  • Neyrocərrahiyyə 
  • Ümumi cərrahiyyə 
  • Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə
  • Ginekologiya
  • Ürək Damar Reabilitasiya mərkəzi
  • Bariatrik cərrahiyyə və s. 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?