Link-infosystem


Bu gün insan resursları- təşkilatın əmək personalı əsas rəqabət üstünlüklərindən biri sayılır. Bir çox hallarda öz idarəçilik bacarıqları ilə məhz bu personal təşkilatın uğurunu müəyyənləşdirir. Bu təkcə bizim fikrimiz deyil. Təşkilatların uğur əmsalının qiymətləndirilməsi üzrə Avropa ekspertləri qeyd edir ki, iqtisadi qeyri-müəyyənlik şəraitində təşkilatların inkişafı üçün əsas şərt - onun işçilərinin yeni bazar münasibətlərinə uyğunlaşması bacarığıdır. Dünyanın aparıcı təşkilatları daima öz işçilərini sistemli praktik yönümlü biliklər əldə etməyə yönəldirlər. Təbii ki, təşkilat üçün tez və real praktik nəticə əldə edilə bilən tədris vacibdir və bu tədrisin nəticəsi təşkilatın effektiv və səmərəli fəaliyyətinə gətirib çıxarmalıdır.

Böyük Britaniyanın Açıq Universitetinin Rusiya və MDB üzrə eksklyuziv partnyoru- Beynəlxalq Menecment İnstitutu-LINK və onun Bakı regional partnyoru İnfosistem-link Sizin təşkilatın əməkdaşlarının yuxarıda qeyd olunan məqsədlər üçün hazırlanmasında öz dəstəyini təklif etməyə hazırdır. Bizdə menecmentin müxtəlif səviyyələri üzrə (MBA-ə qədər) kompleks proqramlar mövcuddur ki, bununla da Siz sistemli kadr rezervinin qurulması imkanını əldə edə bilərsiniz.

2005-ci ildən etibarən Infosystem-LINK Beynəlxalq peşəkar təşkilatların Azərbaycanda akkreditasiya olunmuş regional mərkəzi kimi biznes-tədrisi istiqamətində müvəffəqiyyətlə fəaliyyət göstərir. 5 aprel 2007-ci ildə Infosystem-LINK "Açıq Tədris Konsorsiumu-LINK" tərəfindən verilmiş "Regional Administrativ Mərkəz" kvalifikasiya kateqoriyasına yiyələnmişdir və attestasiya haqqında şəhadətnaməyə əsasən tədris fəaliyyəti aparmaq hüququna malikdir.

  •  ACCA
  •  Beynəlxalq Mühasiblər Assosiasiyasi (IAB)
  •  Maliyyə Analitikləri Institutu (IFA)
  •  Sertifikatlaşmış Maliyyə Menecerləri Institutu (ICFM) 
  •  Sertifikatlaşmış Mühasiblər İnstitutu (İCB)
  •  Böyük Britaniyanın Açıq Universiteti (OUBS)
  •  Kommersiya Menecmenti İnstitutu (ICM) 
  •  Beynəlxalq Menecment İnstitutu (IIM-LINK)

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?