HOMDOM

  • təsdiqlənmiş

Azərbaycanda daşınmaz əmlak bazarının rəqəmsallaşması sahəsində fəaliyyət göstərən HOMDOM MMC ev, torpaq sahəsi, obyekt, qaraj, kommersiya üçün əmlak və s. alqı-satqısı, kirayəsi və tanıtımı üçün həllər təklif edir.

Ölkədə ən geniş sayda axtarış filtrləri, zəngin elan bazası, yaşayış komplekslərinin kataloqu, daşınmaz əmlak sahəsində məqalələr və analitik icmallar, ipoteka kalkulyatoru, rahat interfeysi və UX ilə fərqlənən homdom.az saytı şirkətin əsas məhsuludur.

Məqsədimiz – “Rahatlığınızı düşünərək” şüarı altında ölkə əhalisinin ev alması və icarəsi üçün ən yaxşı aləti yaratmaqdır.

Dəyərlərimiz:

  • yaradıcılıq
  • səmimilik
  • problemi fürsət kimi görmək
  • çeviklik

Hazırda şirkət daşınmaz əmlak alanlar və satanlar, maliyyə qurumları, tikinti şirkətləri və rieltorlar üçün fərqli rəqəmsal alətləri hazırlayıb onları vahid çətir altında birləşdirməklə məşğuldur.

Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?