Hind Hospital


“Hind Klinikası” MMC 2004-cü ildə Bakı şəhərində, Azərbaycan fəaliyyətə başlamışdır. Bizim klinikada Mamalıq –ginekologiya, Andrologiya, Kardiologiya, Kişi və qadın sonsuzluğu, Nevrologiya, Pediatriya, Terapiya, Ümumi və Damar Cərrahiyyəsi, Endokrinologiya, Urologiya Hepatologiya, Qastroenterologiya, ENT, Dermatologiya, Stomatologiya, Kosmetologiya, Peyvənd və digər tibb sahələr üzrə xarici və yerli həkimlər çalışır.

Mamalıq-ginekologiya Həkim –ginekoloq Dr.Rajani, öz elmlər namizədliyi dissertasiyasının bir hissəsi kimi böyük elmi –tədqiqat işi aparmış, sonsuzluğun və digər ginekoloji xəstəliklərin uğurlu müalicəsinin öxünə məxsus metodikasını işləmişdir.Bu barədə 2001-ci ildə İngiıtərədə London şəhərində, 2006-cı ildə Malayziyanın Kuala-Lumpur şəhərində, 2009-cu ildə Cənubi Afrika Respublukasının Keyp-Taun şəhərində, 2011- ci ildə Fransada Paris şəhərində, 2012-ci ildə Estoniyada Talli və Almaniyanın Hannover şəhərlərində keçirilmiş Beynəlxalq konqreslərində məruzə edilmişdir. Sonsuzluqdan əlavə kiçik çanaq orqnlarının iltihabı, yumurtalıqların polikistozu, endometrioz, klimaks və s. müayinə və müalicə olunur. Hamiləliyin başlanğıcından aparılması, ilkin və gecikmiş toksikozlar, vaxtsız doğuş və s. Hamiləliyin anomaliyasını təyin etmək üçün doplero-qrafiya ilə bir yerdə Duo-test (A-plazma zülalı, β-hCG), Trio-test (alfa-feto-protein, β-XQC, azad E3), Quadro-test (E.3 β-hCG, inhibin A,AFP) və digər manipulyasiyalar.

Androloq və Damar cərrahı Dr.Ronaldın kişi sonsuzluğu, kişi cinsi müalicələrində unikal metodları vardır. Dr. Rajani və Dr. Ronaldın fəaliyyətlərinin nəticəsidir ki, Azərbaycanda 600-dən çox sonsuz cütlüyə övlad nəsib olmuşdur. Bu da, öz növbəsində, çox uğurlu bir nəticədir. 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?