Gill Med MMC


“Gill Med” Məhdud Məsuliyyətli Cəmiyyəti 28 may 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və “Birgə İnvest” MMC-nin dəstəyi ilə fəaliyyətə başlamışdır.

“Gill Med” MMC tibbi tekstil, steril cərrahi setlər və uniformaların istehsalı məqsədilə fəaliyyətə başlamış bu gün isə bazarda 80-dən çox məhsul çeşidi ilə tanınır. Burada gündəlik olaraq 800-1000 ədəd tibbi heyət və xəstələr üçün üst geyim və uniformalar, 200-250 ədəd steril cərrahi və stomatoloji dəstlər, 7000-ə yaxın tibbi maska, 150-200 min arası baxil o cümlədən, tibbi xalatlar, papaqlar, pasiyent geyimləri, həkim formaları, birdəfəlik kombinezonlar və bir sıra digər tibbi tekstil məhsulları istehsal edilir.

Müəssisənin ən müasir avadanlıqlar ilə təchiz edilməsi yüksək keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların istehsal olunmasını təmin edir.

“Gill Med” istehsal müəssisəsində bir neçə bölmə qurulub:

  • Dərzi və kəsim bölməsi
  • Sterilizə setlərin istehsalı bölməsi
  • Baxil istehsalı bölməsi
  • Qablaşdırma bölməsi
  • İnzibati bölmə
  • Loqistika bölməsi 

“Gill Med” şirkəti nəinki biznes, həmçinin, sosial yönümlü layihə olduğundan müəssisədə çalışan işçi heyətinin 90%-ni məhz həssas əhali qrupuna aid olan vətəndaşlar təşkil edir.

Şirkətin əsas məqsədi istehsal gücünü 2 million metrəyə çatdırmaq, keyfiyyətli tibbi məhsulların davamlı istehsalını təşkil edərək, bu sahədə güclü mövqe tutmaq, etimad qazanmaq, bununla ixrac potensialını artırmaq və xarici bazarda yerli məhsulları tanıtmaqdır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?