Ezgil Medical Technologies


Azərbaycanda və bütün regionda səhiyyə sənayesi əhəmiyyətli transformasiyaya və tibbi yardımın keyfiyyəti, tibbi xidmətlərin qiyməti, istehlakçıların və sığorta şirkətlərinin əhəmiyyətli təsirləri ilə bağlı daha çox şəffaflığın tələb olunduğu islahatlara məruz qalır. Səhiyyə müəssisələri, o cümlədən dövlət və özəl xəstəxanalar, ambulator-poliklinika müəssisələri və laboratoriyalar, həkim və digər tibb işçilərini cəlb etməyə, səhiyyə modellərini qurmağa, yeni elektron səhiyyə və informasiya texnologiyalarını əldə etməyə və yeni maliyyə-ödəniş sistemlərinə yiyələnməyə son dərəcə ehtiyac duyurlar.

Hazırda baş verən transformasiyanın və aparılan islahatların miqyası və gedişatını nəzərə almaqla, Azərbaycanda və bütöv regionda, xəstəxanalar, həkimlər qrupları və sığortaçılar inkişafın önündə olmaqla necə gələcəyə addımlaya bilər? EZGİL Tibbi Texnologiyalar şirkəti Sizə İT sahəsində və səhiyyə sektorunda inkişaf üçün düzgün istiqamətlərin seçilməsi, strateji hədəflərin müəyyən edilməsi və peşəkar inkişafda yardımçı olmağa hazırdır. Təklif etdiyimiz geniş çeşidli İT və biznes proseslərinin idarə olunması xidmətlərimizlə tanış olmaq üçün internet səhifəmizin müvafiq bölmələrini ziyarət edin.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?