Çinar Park QSC


Müasir dövrün dəyişkən tələblərini qarşılamaq və ən əsası, müştəri məmnuniyyətinin artırılması məqsədi ilə “Çinar Park Biznes Mərkəzi” 2006-cı ildən fəaliyyətə başlamışdır. "Çinar Park Biznes Mərkəzi" rahat biznes şəraitlərini təmin edəcək çoxsaylı xidmətlərin təqdim olunması, bununla bağlı yaranacaq bütün məsələlərin operativ və keyfiyyətli həll olunması üçün istənilən lazımi texniki və inzibati resurslara malikdir.

Fəaliyyətimiz ərzində müxtəlif daşınmaz əmlak növlərinin peşəkar istismarı və servis xidmətlərinin təşkili sahəsində geniş təcrübə əldə etmişik. Peşəkar kollektiv və müasir texniki baza hesabına əmlak kompleksinin idarə olunması ilə bağlı bütün məsələləri öz üzərimizə götürərək, iş həyatınızda bütün fikrinizi biznesinizə cəmləşdirmək üçün əlverişli, rahat şərait yaradırıq.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?