BCC SC


BCC Group energetika, neft-qaz, neft-kimya və digər sahələr üzrə infrastrukturun layihələndirilməsi, tikintisi, idarə olunması və xidməti üzrə MST (Mühəndislik/Satınalma/Tikinti) -podratçıdır.

Şirkət 1997-ci ildən Azərbaycanda və regionda tikinti biznesi, həllərin optimallaşdırılması, öz müştərilərinə kompleks və əlavə xidmətlərin təqdim edilməsi ilə məşğuldur.

Davamlı inkişaf sayəsində BCC Group sənaye tikintisi sahəsində inteqrasiya edilmiş həllərin tədarükçüsü olmuşdur, Xəzər regionunda və daha geniş miqyasda aparıcı MST şirkəti olmağa hədəflənmişdir.

Son 15 il ərzində BCC Group MST-nin bir sıra layihələrini başa çatdırmış və beynəlxalq tədarükçülər şəbəkəsini yaratmış, zəngin layihə təcrübəsi qazanmış və peşəkar mühəndislik imkanlarını möhkəmləndirmişdir. BCC Group, keyfiyyətli və səmərəli xidmət sayəsində dünya miqyasında öz tədarükçülərinin və müştərilərinin etimadını qazanmışdır.

MST-podratçısı olaraq biz sizin layihəniz üçün konsepsiyadan, layihələşdirmədən və texniki-iqtisadi əsaslandırmadan tutmuş “açarla birlikdə tam hazır vəziyyətdə təhvili”in həyata keçirilməsinə qədər layihənin bütün mərhələlərini əhatə edən tam xidmət spektrini təqdim edirik.

Şirkətimiz layihələrin idarə edilməsi bacarıqlarını və sıfırdan başlanılan layihələr və ya yenidənqurma layihələrinin “açarla birlikdə tam hazır vəziyyətdə təhvili”nə dair öhdəliklərin tam həyata keçirilməsinə qədər mühəndislik imkanlarını təklif etməklə, ən münasib baza və müxtəlif müqavilə sxemləri ilə həyata keçirilmə konsepsiyalarında ən yüksək standartları müəyyən edir.

Bizim xidmətlərə dair təkliflərimizin müxtəlifliyi layihənin həyat dövrünün bütün mərhələlərini əhatə edir və bütün layihə boyunca müştərilərimizə çevikliyi və uyuşqanlığı təqdim etməklə müxtəlif kommersiya modellərini təklif edir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?