Başkent Restoranlar Şəbəkəsi


Başkent Restoran və Şirniyyat Evi şəbəkəsi 2003'cü ildən fəaliyyət göstərməkdədir. Bakı şəhərində 1 satış mərkəzi ilə işə başlayan şirkətimiz, hazırda Bakı şəhərində 4 satış mərkəzi, 2 restoran,  ilə sakinlərin və şəhərə gələn qonaqların xidmətindədir.. Adından da məlum olduğu kimi, un məmulatlarının satışı və restorançılıq Başkentin fəaliyyət sahəsinə aiddir. İstər Un Məmulatları mağazalarımızda istərsə də Restoranımızda siz çox təmiz və halal məhsullar əldə edib, istədiyiniz təamı sifariş verə bilərsiniz. Bir sözlə, ailənizin və sizin qida təhlükəsizliyinizə biz cavabdehik. Çünki Başkent Restoran və Şirniyyat Evi şəbəkəsi yalnız halal qidanın ünvanıdır.

Keyfiyyətin və halal məhsulların paytaxtı Başkent Restoran və Şirniyyat Evi şəbəkəsinin digərlərindən fərqi:
– Yalnız bizdə – arzu etdiyiniz menyunu sizə özəl tərzdə təqdim edirik.
– Satışda olan bütün qidalar yüksək keyfiyyətli məhsullardan hazırlanır və sizlərə təqdim edilir.
– Mağaza ve Restoranımızdakı personalımız gülərüz və disiplini ilə seçilir.
– Personalımız hər zaman müştərilərin haqlı mövqeyini müdafiə edir.
– Sifariş edilən yeməklər isti, içkilər isə soyuq şəkildə süfrənizə gətirilir.
– Qida məhsullarının saxlanıldığı yer gigyenik və son dərəcə təmizdir.
– Başkent Restoran və Şirniyyat Evi şəbəkəsinə daxil olduğunuz ilk andan gülərüz personalımız sizi qarşılayır və istirahətiniz üçün bütün imkanları səfərbər edir.
– Müştərilərimiz istənilən vaxt mətbəxə daxil olub məhsulların hazırlanma şəraiti ilə fərdi şəkildə tanış ola bilərlər.
– Restoranlarımızda hər zaman yeniliyə önəm verilir və müəyyən dekorativ dəyişikliklərin edilməsi prosesi müntəzəm olaraq aparılır.
– Başkent Restoran və Şirniyyat Evi şəbəkəsinin bütün məkanlarında pulsuz Wi-Fi zonası müştərilərimizin ixtiyarına verilmişdir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?