Azerbaijan Industry Bank OJSC


“Azərbaycan Sənaye Bankı” ASC-nin (bundan sonra - Bank) Dividend siyasəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Bankın Nizamnaməsinə və korporativ idarəetmə sahəsində ən yaxşı yerli və xarici təcrübələrinə uyğun olaraq hazırlanmışdır. 1.2. Hazırki siyasətin məqsədi - dividendlərin ödənilməsi haqqında qərarın qəbul edilməsinin, dividendlərin həcminin, ödəniş müddətlərinin və qaydalarının Bank səhmdarlarına aydın və şəffaf şəkildə olan mexanizminin müəyyən edilməsidir. 1.3. Dividend siyasəti Bankın korporativ idarəetmə sisteminin bir hissəsi olub, dividend ödənişlərinin həcminin müəyyən edilməsi zamanı Bank və onun səhmdarlarının maraqlarının balanslaşdırılmasına və səhmdarların Azərbaycan Respublikasının qanunvericiliyi və Bankın Nizamnaməsi ilə müəyyən edilmiş hüquqlarının ciddi şəkildə gözlənilməsinə əsaslanır. 1.4. Dividendlərin ödənilməsi haqqında qərarın verilməsi, bankın öhdəliyi deyil, hüququdur.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?